waplog

Atası Stiv Cobs haqqında


Stiv Cobsun doğma atası Əbdülfəttah Candali onu hələ uşaqlıqdan övladlığa verib və o vaxtdan onunla görüşə bilməyib. Hətta çox istəməyinə baxmayaraq, onunla ölümündən əvvəl də əlaqə saxlaya bilməyib.

Lakin “Wall Street Journal” yazıb ki, bununla belə Candali Cobsdan elektron poçtla 2 mesaj alıb. Ölümündən 1 ay əvvəl göndərilmiş həmin mesajlardan birində sadəcə "təşəkkür" yazılıb.

80 yaşlı Suriya mənşəli Amerika vətəndaşı Cobsun atası olduğunu 2005-ci ildə bilib. Onun sözlərinə əsasən, bu, onun üçün əsl şok olub. Hal-hazırda o, “Reno” kazinosunda baş menecer işləyir. O, Cobsa adətən doğum günündə elektron məktub yollayıb, lakin heç vaxt onunla görüşməyib.

Cobsun sağlamlığı pisləşəndə Candali onunla görüşmək üçün təşəbbüs edir, lakin bu, mümkün olmur. Görünür ki, Cobs uşaqlıqda onu atmış insana qarşı heç nə hiss etməyib.

"Bu, şok deyildi, - suriyalı kədərli şəkildə bildirir. Mən yalnız kədər hiss edirəm… Onun öz həyatı var idi, mənim isə öz. Əgər biz görüşsəydik, mən heç ona nə deyəcəyimi belə bilmirdim".

Cobsun 20-30 yaşlarındakı şəkillərinə baxan Candali bildirib ki, o da bu yaşda belə görünürdü. "Onlar ən yaxşısını edirlər”- restorandan çıxaraq əlində “iPhone” smartfonu olan Candali sakitcə əlavə edir:“ Stiv Cobs dahi idi".

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL