“OUKITEL K8000” smartfonu böyük akkumulyator tutumu ilə təchiz ediləcək
“OUKITEL” şirkəti smartfon üçün 10 min milliamper/saat tutumunun çox olması qərarına gələrək “К10000” modelinin buraxılışından sonra nisbətən az tutuma malik qurğu buraxmağa hazırlaşır. Belə ki, “OUKITEL К8000” adlanacaq yeni smartfonun akkumulyator tutumu 8 min milliamper/saat təşkil edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, yuxarıda qeyd edilən böyük akkumulyator tutumuna malik model bir dəfə enerji ilə doldurmaqla bir həftə işlədiyi halda “OUKITEL К8000” smartfonunun avtonom iş vaxtı 5 günə yaxın olacaq. İstehsalçı nümayəndələrinin sözlərinə görə, smartfon akkumulyator tutumunun böyüklüyünə görə dünyada ikincidir.
Məlumata görə, yeni “K8000” qurğusunun digər müsbət xüsusiyyəti kimi “Samsung AMOLED” matrisalı 5,5 düym diaqonallı ekranı qeyd etmək mümkündür. Displey minimum enerji sərf edən işıqlandırma sisteminə malikdir ki, bu da smartfona həyat resurslarına qənaət etməyə imkan verir. Enerji sərfiyyatına səmərəliliyi onunla optimallaşdırılan “Android 7.0” əməliyyat sistemi də əlavə edir.
Bildirilir ki, alümin “unibody” korpusuna malik “K8000” 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Bundan əlavə, qurğu 80 dərəcə baxış bucaqlı 16 və 2 meqapikselli iki qoşa arxa kameraya və 13 meqapikselli ön sensora malikdir.
Hazırda satışa çıxarılmağa hazırlaşan “OUKITEL K8000” smartfonu barədə ətraflı məlumatı istehsalçının rəsmi saytından əldə etmək olar.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL