waplog

200 dollarlıq avtonom işləyən virtual reallıq şlemi təqdim ediləcək


“Facebook” sosial şəbəkəsinə məxsus olan “Oculus” şirkəti kompüterə qoşulma və ya smartfondan istifadə tələb etməyən yeni virtual reallıq şlemini təqdim edib. Bu haqda şirkətin bloqunda məlumat dərc edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, şirkət “Oculus Go” adlı qarnituru virtual reallığı yaşamaq üçün ən sadə üsul adlandıraraq qeyd edir ki, bu qurğu oyunlar, konsert və ya filmləri izləmək, həmçinin virtual məkanda dostlarla ünsiyyət saxlamaq üçün tam uyğun variantdır.

Şlemin ətraflı xüsusiyyəti hələ ki açıqlanmır, yalnız o məlumdur ki, çəkisi azdır, sifətə toxunan hissəsi yumşaq və "nəfəs alan" materiallardan hazırlanıb. Həmçinin şirkətdən məlumat verilib ki, “Oculus Go” qurğusu daxili audiosistem, keyfiyyətli LCD displey, istifadəçilərə geniş baxış bucağı təmin edən linzalarla təchiz edilib və “Gear VR” qarnituru üçün proqramlarla uyğundur. Çatdırma dəstinə yığcam kontroller daxildir.

Gözləntilərə görə, 2018-ci ilin əvvəlində satışa çıxarılacaq “Oculus Go” qurğusunun qiyməti 199 ABŞ dolları təşkil edəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL