waplog

“Microsoft” okean dibi ilə 6600 km uzunluğunda kabel çəkib


"Microsoft" şirkəti Atlantik okeanın dibi ilə "Marea" adlı  internet kabelin çəkilməsi üzrə işləri başa çatdırıb. Yeni internet kabelin buraxılış qabiliyyəti saniyədə 160 Tbit təşkil edir ki, bu da adi ev internet xəttinin orta sürətindən 16 milyon dəfə çoxdur.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, ABŞ-ın Virciniya ştatının sahilini İspaniyanın Bilbao şəhəri ilə birləşdirən təxminən 6,6 min km uzunluğunda və 4500 ton ağırlığında olan kabel okeanın dibi ilə çəkilib.

"Microsoft" şirkətinin məlumatına görə, yeni kabelin böyük buraxılış qabiliyyəti internet və "bulud" xidmətlərinə artan tələbatı təmin etməyə kömək edəcək. "Brookings"in araşdırmasına görə, 2020-ci ilədək 5 milyard nəfər internetə çıxış imkanına malik olacaq ki, bu da indiki göstəricidən təxminən iki dəfə çoxdur.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL