“Facebook” gələcəyin virtual reallıq şlemini jurnalistlərə nümayiş etdirib
“Facebook” şirkəti “Oculus Connect 4” konfransında yeni virtual reallıq şleminin prototipini nümayiş etdirib. “Oculus Rift”, “HTC Vive” və “PlayStation VR”-dən fərqli olaraq, yeni prototip tamamilə müstəqil qurğudur, yəni onun işləməsi üçün nə kamera, nə kabel, nə oyun konsolu və ya fərdi kompüter lazım deyil: aktiv datçiklər qarniturda, hesablama bloku isə qurğunun daxilində yerləşir.
“Ars Technica” nəşri yazır ki, “Oculus Santa Cruz 2.0” qurğusu “Oculus Rift VR” modelindən, demək olar ki, fərqlənmir, yalnız daxili qulaqcıqların əvəzinə açıq səs sistemi tətbiq edilib. Amma şirkət 3D məkanda obyektlərlə qarşılıqlı əlaqə yaratmaq üçün istifadə olunan “Touch” kontrollerini sadələşdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Ars Technica” nəşrinin icmalçısı Sem Maçkoveç “Facebook”un innovativ həllini gələcəyin məhsulu adlandırıb. "Mən kabelin ayağıma dolaşacağından, həmçinin hərəkətlərimin veb kamera tərəfindən qeydə alınacağından narahat deyildim. Mən sadəcə oynayırdım" – o öz təəssüratını bölüşüb və deyib ki, “Santa Cruz 2.0” öz analoqlarını üstələyir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL