Ölkəmizin startap ekosistemi barədə beynəlxalq konfransda məlumat verilib
Birləşmiş Krallığın Oxford Universitetində “Rəqəmli İqtisadiyyatın İnkişaf Təsirləri” adlı beynəlxalq tədqiqat qrupunun növbəti konfransı keçirilib. Birləşmiş Krallığın İqtisadiyyat və Sosial Tədqiqatlar Şurası tərəfindən maliyyələşdirilən və Oxford İnternet İnstitutu tərəfindən təşkil olunmuş konfransda inkişaf etməkdə olan ölkələrin inkişafına rəqəmli iqtisadiyyatın təsiri müzakirə edilib.
9-10 oktyabr tarixlərində keçirilən konfransda Azərbaycanda rəqəmli iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər müzakirə edilib. Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabarov beynəlxalq tədqiqat qrupunun üzvü olaraq, konfransda geniş təqdimatla çıxış edib. Təqdimat ölkəmizin startap ekosisteminin inkişafı və dövlət-özəl qurumların tərəfdaşlığının bu inkişafa təsiri mövzusuna həsr edilib.
Konfransda aparılan müzakirələr nəticəsində ölkəmizin rəqəmli iqtisadiyyatın inkişafı baxımından bir sıra inkişaf etməkdə olan dövlətlərdən irəlidə olduğu qeyd edilib.
Konfransda nüfuzlu beynəlxalq universitetlərin professorları, beynəlxalq təşkilatların rəqəmli iqtisadiyyat üzrə ekspertləri və inkişaf etməkdə olan ölkələrin rəqəmli iqtisadiyyat üzrə aparıcı mütəxəssisləri iştirak ediblər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL