“Wi-Fi” şifrləmə protokoluna müdaxilə edilib
Simsiz giriş nöqtəsi və qurğular arasında məlumatların təhlükəsiz ötürülməsini təmin edən “WPA2” (“Wi-Fi Protected Access II”) şifrləmə protokoluna müdaxilə edilib. Aşkar edilmiş boşluq ev və ya ofis şəbəkəsinin əhatə zonasında yerləşən hakerlərə “Wi-Fi” şəbəkəsinin parolunu ələ keçirməyə, internet trafiki dinləməyə və şifrlənməmiş rabitə kanalı üzrə ötürülən istənilən informasiyanı ələ keçirməyə imkan verir.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, potensial təhlükə haqda “US-CERT” təşkilatı (ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bölmələrindən biri) məlumat verib. Ekspertlərin sözlərinə görə, “KRACK” hücumu hakerlərə “Wi-Fi” routerinə şifrlənməmiş formada (HTTPS qoşulmasız saytlarda daxil edilmiş kredit kartlarının nömrələri, təhlükəsizlik kameralarından videoaxınlar, loqin və parollar, həmçinin sadə mətn faylları) ötürülən məlumatları asanlıqla oxumağa imkan verir.
Aşkar edilmiş boşluğun texniki detalları hələ ki açıqlanmır. “US-CERT” təşkilatı 1 noyabr tarixində “ACM CCS” konfransında ətraflı məlumat verəcəyinə dair söz verib. Ancaq bəzi simsiz marşrutlayıcı istehsalçıları artıq təhlükəsizlik paketləri çıxarırlar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL