Smartfonlar üçün ilk “5G” modem təqdim edilib
"Qualcomm Technologies" şirkəti mobil qurğular üçün "5G" şəbəkəsində rabitə üçün ilk modem təqdim edib. "Qualcomm Snapdragon X50 5G" çipseti 28 QHs-də işləyən "mmWave" tezliklər zolağında 1 QB-lik sürəti və qoşulmanı təmin edir.
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, bu, faktiki olaraq smartfonlar üçün ilk "5G" modemdir. Əvvəllər yalnız xırda və orta biznes üçün qutu şəklində modemlər mövcud idi. İndi bütün imkanlar smartfona tətbiq edilib.
"Qualcomm" şirkətinin planına görə, "Snapdragon X50 5G NR" seriyasına məxsus modemlər 2019-cu ilin birinci yarısından başlayaraq "5G" smartfonlarda və beşinci nəsil rabitə şəbəkələrində istifadə olunacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL