waplog

Yeni “ağıllı” qurğu itən əşyaları axtaracaq


"Samsung" şirkəti itən əşyaları axtarmağa imkan verən "ağıllı" "Connect Tag" brelokunu təqdim edib.

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, qurğunu müxtəlif yerlərə, o cümlədən çantaya və ya avtomobil açarına, körpənin olduğu yeri tez müəyyənləşdirmək üçün uşaq arxa çantasına və ya itən ev heyvanını tez tapmaq üçün onun xaltasına bərkitmək mümkündür.

Bildirilir ki, "Connect Tag" darzolaqlı "Əşyalar interneti" (NB-IoT Cat.M1) texnologiyasından istifadə edən ilk qurğudur. Standart qurğunun az enerji sərf edən azgüclü şəbəkəyə qoşulmasını nəzərdə tutur ki, bu da ona bir dəfə enerji toplamaqla bir həftə işləməyə imkan verir.

Məlumata görə, yeni qurğu "GPS" naviqasiya sistemi, "Cell ID" parametri və "Wi-Fi" nöqtələri ilə koordinatları müəyyənləşdirməyə imkan verən "WPS" sistemi ilə işləyir. Bunun sayəsində "Connect Tag" həm evin daxilində, həm də ondan kənarda unudulan əşyanın olduğu yeri haqqında dəqiq informasiya əldə edir. Breloku yalnız "Android" sistemli smartfonlar vasitəsilə idarə etmək olar. Qurğunun "iPhone" modelləri ilə uyğunluğu barədə məlumat verilmir.

İstifadəçi, həmçinin istədiyi vaxt "Geoloji zona" funksiyasını işə sala bilər. Bu halda qurğu virtual zonanı tərk edən zaman bildirişlər göndərməyə başlayacaq. Bundan başqa, onu "ağıllı" ev sistemlərinə qoşaraq, məsələn, televizorun və ya işığın qoşulması üçün istifadə etmək olar. Rombabənzər formaya və 4,21 sm ölçüyə malik "Connect Tag" qurğusunun qalınlığı 1,19 sm təşkil edir. Korpus "IP68" standartı üzrə suyadavamlı və toz keçirməzdir.

"Ağıllı" brelokun oktyabrın 18-19-da San-Fransiskoda keçiriləcək "Samsung Developer Conference 2017" konfransında nümayişi gözlənilir. Əvvəlcə qurğunun Cənubi Koreyada, daha sonra digər ölkələrdə satışa çıxarılması nəzərdə tutulur. Qiymət barədə əlavə məlumatın veriləcəyi qeyd olunur.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL