2023-cü ilə dünyada “5G” istifadəçilərinin sayı 1 milyarda yaxınlaşacaq
“CCS Insight” şirkətinin mütəxəssislərinin proqnozuna görə, beşinci nəsil mobil rabitə şəbəkəsi əvvəlki “4G” standartı ilə müqayisədə daha sürətli tətbiq olunacaq. Gözləntilərə görə, 2023-cü ilin ortalarına kimi “5G” şəbəkəsində dünyada mobil qoşulmaların sayı 1 milyarda yaxınlaşacaq ki, bu göstəricinin də 50%-dən çoxu Çinin payına düşəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, Cənubi Koreya, Yaponiya və ABŞ ilk kommersiya tipli “5G” şəbəkəsini istifadəyə verməyə çalışsalar da, “5G” abunəçilərinin sayına görə Çin lider olacaq. Avropa regionu “5G” texnologiyasının tətbiqi planında 1 il geri qalacaq.
Analitik şirkətin qiymətləndirməsinə görə, 2022-ci ildə “5G” mobil rabitə şəbəkəsi abunəçilərinin 50%-dən çoxu Çinin payına düşəcək. 2025-ci ilə Çinin payı nisbətən azalacaq və 40% təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL