Noutbukların avtonomluğunda inqilab gözlənilir
“Microsoft” korporasiyasının “Asus”, “HP” və “Lenovo” şirkətləri kimi tərəfdaşları bazarda qüvvələr nisbətini dəyişəcək noutbuklar buraxmağa hazırlaşır.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, ABŞ istehsalçısının meneceri Pit Bernardın sözlərinə görə, iki gündə bir dəfə enerji ilə doldurulma tələb edəcək “ARM” versiyası əsasında işləyən “Windows 10” əməliyyat sistemli planşetlər bazarda əsl inqilab yaradacaq.
Məlumata görə, “Qualcomm” şirkəti “ARM” prosessorlu “Windows” sistemli noutbukları dekabrda satışa çıxarmağı planlaşdırır. “Microsoft” isə bu qurğuların akkumulyatorlarının avtonomluq müddətini uzatmağı öz üzərinə öhdəlik götürüb.
Xatırladaq ki, “Microsoft” 2016-cı ildə adi prosessorlardan daha çox işləyəcək “Snapdragon 835” çipinə malik noutbuklar buraxacağını açıqlayıb. Noutbuklar “ARM” prosessoru üçün optimallaşdırılmış əlavələrlə yanaşı, “Windows 10” sisteminə quraşdırılan emulyator sayəsində tam fərdi kompüter proqramlarını işə sala biləcəklər.
Ötən il korporasiya nümayəndələri, həmçinin “ARM” versiyalı “Windows” sistemi üçün videonun göstərilməsini, “Office” əlavələrinin işə salınmasını və “Photoshop” proqramının işləməsini nümayiş etdiriblər. “Microsoft” mütəxəssisləri proqramların yubanmadan işləyəcəyini, tərtibatçıların isə koda dəyişikliklər etməyəcəyini açıqlayıblar.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL