waplog

“Microsoft” şirkəti ikinci nəsil “Surface Book” hibrid planşetlərini təqdim edib


“Microsoft” şirkətinin nümayəndələri iddia edirlər ki, “Surface Book” hibrid planşetlərinin ikinci nəsli birincidən 5 dəfə daha sürətlidir.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “Microsoft Surface Book 2” planşeti 13,5 və ya 15 düymlük sensor ekranlı (təsvir ölçüləri müvafiq olaraq 3000x2000 və 3240x2160 piksel) versiyalarda təqdim edilib. 13,5 düymlük sensor ekrana malik versiya “Intel Core i5-7300U” (2 nüvə, 2,6/3,5 QHs) və ya “Intel Core i7-8650U” (4 nüvə, 1,9/4,2 QHs) prosessorları, həmçinin 2 QB-lıq “GDDR5” yaddaşa malik “GeForce GTX 1050” diskret videokartı ilə təchiz edilə bilər.

15 düymlük versiya “Core i7-8650U” çipi, 6 QB-lıq “GDDR5” yaddaşa malik “GeForce GTX 1060” qrafik adapteri ilə təchiz edilib. Əməli yaddaşın tutumu 8 və ya 16 QB, sərtgövdəli daşıyıcıların tutumu 256 QB-dan 1 TB-dək təşkil edir.

Planşetdən noutbuka və əksinə çevrilən qurğular yüksək hesablama və qrafik məhsuldarlıq tələb edən məsələlər üçün nəzərdə tutulub: videoların  redaktəsi, avtomatlaşdırılmış planlaşdırma sistemlərində iş, qarışıq reallıq və oyunlar. Yeni planşetlər 17 saat müddətində avtonom işləyə bilir.

13,5 düymlük “Microsoft Surface Book 2” planşetinin qiyməti 1500 dollar, 15 düymlük modelin qiyməti isə 2500 dollar təşkil edir. 16 noyabr 2017-ci il tarixində yeni planşetlərin satışına başlanılacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL