waplog

“5G” şəbəkələri üçün marşrutlayıcının uğurlu sınaqları keçirilib


“Huawei” şirkəti “Slicing” (servis təbəqələrinə bölünmə) və “50GE Flexible Ethernet” (FlexE) texnologiyaları əsasında “5G” marşrutlayıcısının uğurlu sınağını keçirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, söhbət telekommunikasiya texnologiyalarında ixtisaslaşan və dünyanın aparıcı müstəqil sınaq mərkəzlərindən biri hesab edilən Avropa Şəbəkə Texnologiyalarının Test Mərkəzində (EANTC) aparılan tədqiqatdan gedir.

Məlumata görə, “50GE FlexE” texnologiyası əsasında “ATN” seriyalı marşrutlayıcıların sınaqları zamanı “50GE” işçi rejimləri və “Flexible Ethernet” texnologiyası əsasında şəbəkə servis təbəqələrinin bölünməsi, buraxılış qabiliyyətinin genişləndirilməsi və mühafizənin dəyişdirilməsi test edilib. Məlum olub ki, “50GE” interfeysləri bütün qiymətləndirmə göstəricilərinə görə kommersiya istifadəsi tələblərinə tam uyğundur.

Bundan başqa, “Flexible Ethernet” texnologiyası əsasında şəbəkə “Slicing”nin şəbəkə təbəqələri arasında bölünmə və izolyasını dəqiqliklə təmin etməsi müəyyənləşdirilib ki, bu da yüksək keyfiyyətli servislərə zəmanət verir. Test təsdiq edib ki, “50GE” interfeysini “FlexE” əsasında birləşdirməklə 100 Qbit/saniyəyədək genişləndirmək mümkündür.

Ümumilikdə sınaqlar “50GE FlexE” texnologiyalarının kommersiya istifadəsinə hazır olmasını sübut edib. Bu isə beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) kommersiya istifadəsinə verilməsi istiqamətində atılan növbəti addımdır.

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL