waplog

Mühafizəli “Samsung Galaxy Tab Active 2” planşeti təqdim olunub


"Samsung Electronics" şirkəti mühafizəli "Galaxy Tab Active" planşet kompüterinin ikinci nəslini təqdim edib.  

"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, 2014-cü ildə buraxılan orijinal "Galaxy Tab Active" toz, su və zərbələrə davamlılıq kimi başlanğıc səviyyəli texniki xüsusiyyətlərə malik olub.

Məlumata görə, "Samsung Galaxy Tab Active 2" planşeti "WXGA" (1280 x 800 piksel) təsvir ölçülü 8 düym diaqonallı "TFT" ekran, barmaq izi skaneri, 8 meqapikselli əsas və 5 meqapikselli ön kamera ilə təchiz edilib. Aparatın əsasını 1 GHs takt tezlikli səkkiznüvəli "Samsung Exynos 7870" prosessoru, 3 giqabaytlıq operativ yaddaş və "microSD" formatlı yaddaş kartları ilə 256 giqabayt tutumadək genişləndirmə imkanına malik 16 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 4450 milliamper/saata bərabərdir.
 
Planşet "MIL-STD-810G" hərbi standartı üzrə təzyiq, temperatur dəyişiklikləri, düşmə, vibrasiya, eləcə də "IP68" standartı ilə su və tozdan mühafizə olunub. Displey əlcək və nəm əllərlə idarəetmə rejimini dəstəkləyir. Planşetə "IP68" sertifikasiyasına malik "S Pen" elektron qələmi (stylus) təchiz edilib.  

Bundan başqa, "LTE Cat.6", "Wi-Fi" (802.11 a/b/g/n/ac), "Bluetooth 4.2", "NFC", "GPS" və "GLONASS" dəstəklənir, eləcə də "USB 2.0 Type C" çıxışı quraşdırılıb. "Android 7.1 Nougat" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun ölçüsü 214,7 x 127,6 x 9,9 mm, çəkisi 415 qram təşkil edir.

Avropada qiyməti 500 avroya bərabər olacaq "Samsung Galaxy Tab Active 2" planşetinin oktyabrın sonunadək bir sıra ölkələrin bazarlarında satışa çıxarılacağı gözlənilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL