“Sharp” şirkəti yeni smartfonunu təqdim edib
Yaponiyanın “Sharp” şirkəti kifayət qədər yığcam ekranla təchiz edilmiş və “Android” mobil əməliyyat sisteminin ən son versiyası ilə işləyən “Aquos R” smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni qurğu 4,9 düymlük “IGZO” ekran, “Qualcomm Snapdragon 660” (2,2 QHs-dək takt tezlikli 8 hesablama nüvəsi və “Adreno 512” qrafik blokuna malikdir) prosessoru, 3 QB əməli yaddaş və 32 QB daxili yaddaşla təchiz edilib. Həmçinin “microSD” çıxarılıb taxılan daşıyıcılarından istifadə nəzərdə tutulub.
Yeni cihazın ekranı “Free Form Display” texnologiyası üzrə hazırlanıb.
Əsas kamera 16,4 meqapiksellik matrisə, ikiqat LED işıqlandırıcıya malikdir. Ön kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir.
Qurğunun fiziki ölçüləri 132x66x9,6 mm, çəkisi 140 qr təşkil edir. 2500 milliamper/saat tutumunda akkumulyator batareyası qurğunu enerji ilə təmin edir. Telefon “4G LTE”, “Wi-Fi 802.11 ac”, “Bluetooth 5” və “GPS/QLONASS” simsiz rabitə texnologiyalarını dəstəkləyir.
2017-ci ilin dekabrında “Sharp Aquos R” smartfonu satışa çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL