“3G” şəbəkəsini dəstəkləyən əfsanəvi “Nokia 3310” telefonu satışa çıxarılıb
Operatorların ikinci nəsil mobil rabitə şəbəkələrindən imtina edərək yeni standartlara tam keçməsi “Nokia” şirkətini əfsanəvi düyməli “Nokia 3310” telefonunu yeniləyərək onu “3G” şəbəkəsi ilə təmin etməyə məcbur edib.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, əvvəllər yenilənmiş “Nokia 3310” versiyası “2G” şəbəkəsi ilə işləsə də, bir sıra ölkələr bu standartdan istifadədən imtina edib. Şirkət nümayəndələrinin sözlərinə görə, “3G” şəbəkəsinin dəstəklənməsi funksiyası telefona çoxsaylı alıcıların xahişi ilə əlavə olunub.
Məlumata görə, “3G” şəbəkəsini dəstəkləyən yenilənmiş telefon Avropanın bir sıra ölkələrində 69 avroya satışa çıxarılıb. Yeni standartın dəstəklənməsi ilə yanaşı, model iki yeni rəngdə təqdim olunur.
İnterfeysi yaxşılaşdırılan “Nokia 3310 3G” əvvəlki modeldən düymələr arasında məsafənin artırılması ilə seçilir.
Əvvəllər olduğu kimi, telefon 2,4 düym diaqonallı “QVGA” ekran, işıqlandırıcıya malik 2 meqapikselli kamera, 1200 milliamper/saat tutumlu akkumulyator və “MicroSD” çıxışı ilə təchiz edilib.
Xatırladaq ki, “Nokia 3310” mobil telefonunun yeni modeli fevralın 26-da Barselonada keçirilən “MWC 2017” sərgisində təqdim olunub.
Yeni “Nokia 3310” 320х240 piksel təsvir ölçülü 2,4 düym ekranla təchiz edilib. Həmçinin qurğu 2 meqapikselli kameraya malikdir və “microSD” yaddaş kartını dəstəkləyir. Əvvəlki modellə müqayisədə telefon nazik və yüngüldür.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, bir dəfə enerji ilə doldurulan batareya 22 saatlıq danışıq üçün kifayət edir ki, bu da orijinal qurğuya nisbətdə 10 dəfə çoxdur.
Korpusu boz, göy, qırmızı və sarı rəngdə satışa çıxarılan telefonun qiyməti 49 avro təşkil edir.
Qeyd edək ki, 2000-ci ilin sonunda buraxılan “Nokia 3310” modelinin satışı 126 milyonu ötüb. İnternetdə aparatın dünyada ən möhkəm materialdan düzəldilməsinin xarakterizə edilməsi barədə məlumatlar geniş yayılıb. Belə ki, Britaniya KİV-i 17 il əvvəl satın alınan və indiyədək işləyən “Nokia 3310” modelini tapıb ictimaiyyətə təqdim edib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL