waplog

“Google” şirkəti “Pay with Google” ödəmə xidmətini istifadəyə verib


Yeni xidmət internet mağazalarda bank kartının məlumatlarının daxil edilməsini və çatdırılma ünvanını tələb etmir.

“Pay with Google” xidməti “Google Account”, “Google Play” və “Android Pay” profillərindən istifadəçi haqda məlumatları toplayır. Beləliklə, rekvizitləri təkrar daxil etmədən satınalma həyata keçirilir.

“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, hələ ki 15 şirkət sözügedən xidmətlə əməkdaşlıq edir. Tezliklə “Airbnb”, “Papa John's” və başqa təşkilatlar “Pay with Google” xidmətinə qoşulacaq.

Həmçinin “Google” tərəfindən proqramçılar üçün dərc edilmiş sənədlər bu xidməti “Android” üçün proqramlarda və ya saytlarda tətbiq etməyə kömək etməlidir. Şirkətin nümayəndələrinin sözlərinə görə, sözügedən xidməti bir neçə kod sətrinin köməyi ilə inteqrasiya etmək mümkündür. Bundan başqa, əməliyyatlar üçün komissiya tutulmur.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL