waplog

“Google” şirkəti “Gmail” elektron poçt xidməti üçün əlavələr istifadəyə verib


"Google" şirkəti "Gmail" elektron poçt xidməti üçün kənar proqramçılar tərəfindən hazırlanmış genişlənmələri rəsmən istifadəyə verib.

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, bundan əvvəl istifadəçilər hər bir mühit üçün plaqinləri ayrı şəkildə quraşdırmaq məcburiyyətində idilər. İndi isə əlavələr birbaşa "Gmail" servisində əlçatandır və bir dəfə qurulmuş əlavə "Gmail" hesabına giriş həyata keçirilmiş hər bir qurğuda işləyəcək.

Hazırda "Asana", "Trello", "DialPad", "Intuit Quickbooks" və "Smartsheet" daxil olmaqla onlarla əlavələr əlçatandır.

"Gmail" əlavələri "Gmail" elektron poçt xidmətinin veb versiyasında və "Android" sistemində dəstəklənir. Proqramçılar "iOS" dəstəyi haqda məlumat verməyiblər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL