Smartfonların satış həcmində artım qeydə alınıb
"GfK" analitik şirkətinin məlumatına əsasən, 2017-ci ilin üçüncü rübündə smartfonların qlobal satış həcmi 3% yüksələrək 367 milyon təşkil edib.
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, mütəxəssislər Latın Amerikası (+11%), həmçinin Mərkəzi və Şərqi Avropada (+9%) daha yüksək artım tempi qeydə alıblar. Bu halda Şimali Amerika, Qərbi Avropa və Asiyanın inkişaf etmiş ölkələrində azalma müşahidə olunub: bu regionlarda smartfonların satış həcmi müvafiq olaraq 1%, 7% və 7% azalıb.
Həmçinin mütəxəssislər bildiriblər ki, smartfonların bahalaşması tendensiyası fonunda "ağıllı" telefon bazarının pul baxımından həcmi 10% yüksələrək 116,8 milyard dollar təşkil edib, halbuki bir il əvvəl bu göstərici 106,3 milyard dollar səviyyəsində idi.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL