Çində virtual relslərlə hərəkət edən qatarın sınaqları keçirilir
Çinin Çjuçjou şəhərində virtual relslər üzərində hərəkət edən qatarın marşrut və mühərrik sınaqlarına başlanılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, bu ilin iyunun əvvəlində “CRRC Zhuzhou Locomotive Co.” şirkətinin tədqiqat institutu ilk dəfə olaraq innovativ şəhər nəqliyyat vasitəsi - “ağıllı” təkərli sürətli nəqliyyat sistemini (ART) nümayiş etdirib. Texnologiya müasir elektrik rels nəqliyyatı və avtobusun üstünlüklərini özündə birləşdirir. “ART” sistemində metal təkərlər rezin təkərlərlə əvəz edildiyinə görə fiziki relslərin çəkilməsinə ehtiyac qalmır və “CRRC Zhuzhou Locomotive Co.” institutu tərəfindən müstəqil şəkildə hazırlanan virtual relslərdə izləmə və yoxlama texnologiyasından istifadə olunur. Sistemdə yol üzərində virtual relsin tanınması üçün vurulmuş ötürücülər quraşdırılıb. Mərkəzi idarəetmə bloku komandaları qatarın dartılmasına, əyləc və dönmələrinə düzəlişlər edərək onun hərəkətini dəqiqliklə quraşdırılmış virtual relslərə yönəldirlər.
Məlumata görə, Çjuçjouda “ART” pilot qatar xətti layihəsinin ilkin mərhələsinin ümumi uzunluğu 3,1 km, hərəkət hissəsinin eni isə 3,75 m təşkil edir. Xətt yaxınlığında 4 dayanacaq platforması inşa edilib.
Qatar xəttinin 2018-ci ildə rəsmən istifadəyə verilməsi nəzərdə tutulur.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL