Beyin fəaliyyətinin yaxşılaşdırılması üçün qurğu hazırlanıb
Kanadanın Makqill Universitetinin tədqiqatçıları və “HRL Laboratories” tədqiqat mərkəzinin alimləri insanın düşünmə imkanlarını artıra biləcək yeni qurğu hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) tərəfindən maliyyələşdirilən qurğu baş-beyin elektrostimulyatorudur. Cihaz iş üçün baş-beyinin böyük yarımkürələrinin ön qabığını stimulyasiya edən sabit cərəyandan istifadə edir. O, məlum olduğu kimi, yaddaş, diqqət və qərarların qəbulu kimi koqnitiv funksiyaları yerinə yetirir. Alimlərin sözlərinə görə, texnologiyanın tətbiqi beyinin müxtəlif nahiyələri arasında əlaqələri yaxşılaşdırır ki, bu da daha tez öyrənməyə xidmət edir. Kaskanın elektrodları cərrahi müdaxilə olmadan başa bərkidilir.
Bildirilir ki, artıq qurğu heyvanlar üzərində bir neçə dəfə sınaqdan keçirilib. Testlər zamanı heyvanlardan vizual nişanların köməyi ilə bir sıra əlamətlərə görə yeməyin harada olmasını müəyyənləşdirmək tələb olunub. Nəticədə heyvanlar nişan və yemək arasında əlaqəni müəyyənləşdirməyi öyrənmək üçün 22 dəfə cəhd etməli olublar. Lakin sabit cərəyanla stimulyasiyadan sonra heyvanlar qrupu bunu 12 cəhdə etməyi öyrənib.
Alimlər ümid edir ki, onların metodundan gələcəkdə öyrənməyə məsul beyin nahiyələrinin stimulyasiyası, o cümlədən yeni bacarıqların əldə olunmasını sürətləndirərək hərbçilərin məşqləri üçün istifadə ediləcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL