waplog

Yeni alqoritm videodakı obyektləri avtomatik siləcək


“Adobe” şirkəti “Adobe MAX” illik konfransında təsvir və videoların emalı üçün bir sıra yeni funksiyalar təqdim edib. İstifadəçi yeni “Cloak” alətinin köməyi ilə videodakı obyekti seçə bilər, bundan sonra alqoritm onu fonla əvəz edərək avtomatik siləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, bəzən hər hansı görməli yeri çəkərkən şəklə arzuolunmaz detallar da düşə bilir. Belə obyektləri şəkil redaktorunda, həmçinin xüsusi proqramların köməyi ilə təmizləmək mümkündür.

Video ilə olan halda isə cari material belə manipulyasiyalar üçün çoxlu sayda kadrlar dəstindən ibarətdir və obyekt daima hərəkətdə ola bilər ki, bu səbəbdən, hətta mürəkkəb alqoritmlər üçün redaktə son dərəcə çətin olur. Videodakı obyektləri silməyə imkan verən məşhur redaktorlar üçün proqram və plaqinlər mövcuddur, amma onlar istifadəçi tərəfindən çoxsaylı manipulyasiyalar tələb edir.

“Adobe” şirkəti yeni məhsullarının təqdimatına həsr edilmiş “MAX” konfransında bu məsələ ilə bağlı öz həllini təqdim edib. “Cloak” layihəsi çərçivəsində hazırlanan funksiya istifadəçiyə obyekti seçməyə imkan verir, bundan sonra alqoritm keyfiyyətli redaktə üçün fon və qonşu kadrları nəzərə almaqla obyekti avtomatik silir.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL