waplog

Yeni texnologiya evə gətirilən məhsulu qəbul edəcək


ABŞ-ın “Amazon” şirkəti növbəti dəfə internet alış-verişi sahəsində inqilab edərək ev sahibi evdə olmayanda gətirilən məhsulun qəbuluna imkan verən texnologiya təqdim edib. “Amazon Key” adlanan yeni texnologiyanın noyabrın 8-dən etibarən ABŞ-ın 38 şəhərində istifadəyə verilməsi nəzərdə tutulur.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, yeni xidmətin əsas elementini kamera və smartfon vasitəsilə idarə edilən əlavə ilə birlikdə işləyən “ağıllı” kilid təşkil edir. Bağlama çatdırılan zaman kuryer qablaşdırma üzərindəki ştrix-kodu skan edərək sorğunu “Amazon” bulud məlumat bazasına göndərir. Təsdiqdən sonra qapının qıfılı avtomatik açılır, dəhlizdə quraşdırılan kamera isə mənzil sahibləri üçün translyasiya başlayır. Paketi kandarda qoyan kuryer qapını bağlayaraq oranı tərk edir.

Məlumata görə, “ağıllı” kilid, kamera və sistemin quraşdırılması üzrə xidmətlərdən ibarət dəstin qiyməti 249,99 dollar təşkil edir. “Amazon” nümayəndələrinin sözlərinə görə, ev sahibləri olmayanda çatdırılma üçün kiçikölçülü və çox yer tutmayan 10 milyondan çox məhsul nəzərdə tutulub.

Bildirilir ki, şirkət malların çatdırılması üçün servisdən istifadə hüququnu üçüncü şəxslərə vermək niyyətində olmasa da, “Amazon Key” texnologiyasının tədricən “Amazon Home Services” vasitəsilə ev heyvanlarının gəzdirilməsi və ya mətbəxin sahmana salınması kimi xidmətlərin sifarişi zamanı istifadəyə başlanacağına ümid edir.

Bundan başqa, “ağıllı” qıfıl mənzil sahiblərinə yaxın dostlar və ailə üzvləri üçün girişi sadələşdirməyə imkan verəcək. İnterfeys ayrı-ayrı şəxslər üçün daimi, vaxtla məhdudlaşdırılan birdəfəlik və ya müəyyən günlər və ya müəyyən vaxta görə daimi girişi quraşdırmağa imkan verir. İdarəetmə smartfon əlavəsi və ya adi SMS bildirişləri vasitəsilə həyata keçirilir.

Nizam Nuriyev
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL