waplog

Smartfonların partlamasının əsas səbəbi məlum olub


Stenford Universiteti və Stenford Xətti Sürətləndirici Mərkəzinin fizikləri müasir smartfon, planşet və noutbukların əksəriyyətinə quraşdırılan litium-ion batareyalarının partlama səbəbini izah ediblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, krioelektron mikroskopiyadan istifadə edən mütəxəssislər ilk dəfə dendritlərin (akkumulyatorların istifadəsi zamanı yaranan xüsusi uzun formalar) ətraflı təsvirini əldə ediblər.
 
Əldə edilmiş şəkillərdə litium dendritləri uzun altıbucaqlı kristala oxşar formadadır. Bundan əvvəl adi elektron mikroskopiya metodlarından istifadə etmiş alimlər hesab edirdilər ki, dendritlər qeyri-müntəzəm formaya malikdir.
 
Mütəxəssislərin fikrincə, litium-ion batareyalarının partlaması məhz elektrokimyəvi xananın daxilində qısa qapanmaya səbəb olan dendritlərin böyüməsi ilə bağlıdır. Fiziklər gələcəkdə dendritlərin böyümə dinamikasına nəzarət etməyi öyrənməyi planlaşdırırlar.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL