waplog

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə həsr olunan Azərbaycan və Türkiyə birgə poçt markası buraxıldı


“Azərpoçt” MMC-də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı münasibətilə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi poçt markasının imzalanma  mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Türkiyənin Poçt və Teleqraf Təşkilatının nümayəndələri iştirak edib.
 
Qonaqları salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Tahir Məmmədov qeyd etdi ki, Bakı-Tbilisi-Qars dəmiryol xətti poçtdaşımalarında da böyük əhəmiyyət daşıyacaq. Nazirliyin əməkdaşı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilk qatarın yola düşməsi ilə yadda qalan tarixi hadisəyə həsr etdikləri poçt markasının buraxılması təşəbbüsünə görə Türkiyənin Poçt və Teleqraf Təşkilatına və markanın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi.
 
Türkiyənin Poçt və Teleqraf Təşkilatının Poçt direktor müavini Gürbüz Akbulut Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi üstünlüklərindən danışdı. Bununla yanaşı, dəmiryol xəttinin yük, sərnişin, poçt axını ilə yanaşı, təhlükəsizlik, sabitlik və  sosial rifahı yaxşılaşdıracağını və ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcəyini söylədi.
 
Sonra Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışına həsr olunmuş marka imzalandı və auditoriyaya təqdim olundu. Bununla da birgə istehsal olunan marka poçt dövriyyəsinə buraxıldı.
 
10 000 tirajla istehsal olunan Azərbaycan-Türkiyə birgə markası  Türkiyənin Poçt və Teleqraf Təşkilatı tərəfindən çap edilib.
 
Markanın göstəriciləri aşağıdakı kimidir:
Blok ölçüsü: 115x75 mm
Markanın ölçüsü: 76x39mm
Nominal: 1.50 AZN. 










NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL