waplog

Şəffaf günəş panelləri karbohidrogen yanacağından istifadəni aradan qaldıracaq


Miçiqan Universitetinin mühəndisləri görünməyən şüanı (ultrabənövşəyi və infraqırmızı) udaraq onu elektrik enerjisinə çevirən yeni nəsil şəffaf günəş batareyaları yaradıblar. Nəzəri baxımdan texnologiya istənilən şəffaf səthli obyekti, o cümlədən yaşayış evlərinin pəncərələrini və smartfon ekranlarını günəş fotoelektrik elementinə çevirməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, alimlərin sözlərinə görə, fotonların “tutulması” texnologiyası ABŞ-da elektrik enerjisinə tələbatı 100 faiz ödəyə və dövlətin mədən yanacağından asılılığını xeyli azalda bilər. Texnologiya ilə təchiz ediləcək ilk kommersiya məhsullarının yaxın illərdə buraxılacağı gözlənilir.  

Məlumata görə, sistem insan gözü ilə görünməyən ultrabənövşəyi və infraqırmızı spektrin şüasını udaraq onu səthin kənarlarına yönəltməklə nazik fotoqalvanik günəş elementləri zolaqları vasitəsilə enerjiyə çevirən ultranazik və şəffaf materiala əsaslanır.   

Bildirilir ki, hazırda yeni texnologiya binaların damlarında yerləşən günəş panellərindən geri qalmaqla günəş işığının elektrik enerjisinə çevrilmə effektivliyi üzrə göstəricisi 15-18 faiz nisbətində 5 faiz təşkil edir. Bununla belə, tədqiqatçıların sözlərinə görə, şəffaf panellərin məhsuldarlığını üç dəfə artırmaq mümkün olacaq.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL