“HTC U11” smartfonunun iki yeni versiyası təqdim olunacaq
“HTC” şirkəti noyabrın 2-də qabaqcıl “HTC U11” smartfonunun iki yeni versiyasının nümayişini planlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “СHIP” resursuna istinadən yazır ki, birinci versiya - “U11 Plus” 6 düym (orijinal modeldə 5,5 düym təşkil edir) diaqonallı ekranla təchiz ediləcək. Şirkət mühəndislərinin böyük ölçüyə malik ekranı eyni korpusa yerləşdirməsi nəticəsində “U11 Plus” modelinin çərçivələri daha da nazik olacaq. Bununla yanaşı, barmaq izi skaneri arxa panelə keçirilib.
Məlumata görə, musiqi həvəskarları üçün qurğu kimi qələmə verilən smartfon səs keyfiyyətinin yüksəldilməsi üçün ayrıca analoq-rəqəmli dəyişdirici və “BoomSound” dinamikləri ilə təchiz olunub.
Orijinalın sadələşdirilmiş və kiçildilmiş versiyası hesab olunan “HTC U11 Life” modelinin diaqonal üzrə ekran ölçüsü 5,2 düym təşkil edir. Hər iki qurğuda əsas xüsusiyyət - basılmaya həssas “Edge Sense” kənarları olduğu kimi qalıb. Ona toxunmaqla bu və ya digər əlavəni işə salmaq və ya smartfon funksiyalarından birini aktivləşdirmək olar.
Modellər barədə ətraflı məlumatın təqdimatda veriləcəyi gözlənilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL