waplog

Ən nazik mühafizəli smartfon təqdim olunub


“E&L” şirkəti çəkisi 175 qram olmaqla korpus qalınlığı 9,5 millimetrə bərabər mühafizəli “S70” smartfon modelini təqdim edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, qurğu 5 düym diaqonallı “Full HD” təsvir ölçülü ekran, 2,5 QHs takt tezlikli səkkiznüvəli “MediaTek Helio P20” prosessor, 4 giqabaytlıq operativ yaddaş, genişləndirməni dəstəkləyən 64 giqabaytlıq quraşdırılmış yaddaş və 2 650 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Məlumata görə, “IP68” standartı üzrə mühafizə olunan və “MIL-STD-810G” spesifikasiyalarına uyğun “E&L S70” smartfonu suyun 1,5 metr dərinliyində yarım saat qalır, 1,5 metr hündürlükdən düşməyə davamlıdır, eləcə də yüksək rütubət və temperaturlu havada ekstremal şəraitdə işi dəstəkləyir.  

Smartfonun multimedia imkanları sırasında 13 meqapikselli qoşa kamera və 8 meqapikselli ön kamera yer alıb. Qurğunun arxa panelində barmaq izi skaneri quraşdırılıb. Əməliyyat sistemi kimi ən yeni “Android 7.0 Nougat” versiyasından istifadə olunub.

Satışlarına noyabrda başlanacaq “E&L S70” smartfonunun qiyməti 250 dollar təşkil edəcək.
  
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL