İlk internet virusunun 29 yaşı tamam olub
2 noyabr 1988-ci ildə dünya ilk dəfə internetdə virusun mövcudluğu barədə təsəvvür əldə edib. Belə ki, həmin gün bir günə ABŞ ərazisində 6 min serverin – internetə qoşulan bütün kompüterlərin 10 faizinin işini iflic edən “Morris” adlı virus yaranıb. Virus “Unix” sistemli kompüterlərin “sendmail” və “fingerd” proqramlarının məlum boşluqlarından istifadə etməklə və mini-lüğətdən istifadəçi parollarını seçməklə yoluxdurub.
Sonradan məlum olum olub ki, virusun müəllifi Kornell Universitetinin aspirantı Robert Morrisdir. O, ABŞ Milli Təhlükəsizlik Agentliyində çalışan atasının təkidi ilə etdiyi əməli etiraf edib. İlkin qiymətləndirməyə görə, virus 96,5 milyon dollar məbləğində ziyan vurub, lakin buna baxmayaraq aspirant şərti cəza və kiçik məbləğdə cərimə ilə canını qurtara bilib.
R.Morris kodda kiçik səhvə yol verərək proqramın öz-özünün dəfələrlə surətini çıxarmasına səbəb olmaqla yoluxmuş kompüter resurslarından tam istifadə edib.
Hazırda R.Morris Massaçusets Texnoloji İnstitutunun professorudur. Proqramın çıxış kodunun disketi Boston elmi muzeyində saxlanılır.
Qeyd etmək lazımdır ki, məhz ABŞ aliminin virusu sayəsində insanlar informasiya təhlükəsizliyi barəsində ciddi düşünməyə başlayıb, çoxmilyardlı antivirus proqramları bazarı təşəkkül tapıb.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL