waplog

“Android” sistemində “Bluetooth” qurğularını tez qoşan yeni funksiya istifadəyə verilib


"Google" şirkəti "Bluetooth" aksessuarlarını "Android" sistemli qurğulara tez qoşmağa imkan verən yeni "Fast Pair" texnologiyasını təqdim edib.  

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, funksiya çexolu açan zaman smartfona avtomatik qoşulan "iPhone" və simsiz "AirPods" qulaqcıq istifadəçilərinə tanış gələcək. "Fast Pair" oxşar şəkildə işləsə də, bağlantını iki qurğunu bir-birinə yaxınlaşdırmaqla qurmağa imkan verir.

Əsasını "Bluetooth" və yerin təyini texnologiyasının təşkil etdiyi yeni funksiya aşağıda göstərilən kimi işləyir:
 
1. İstifadəçi "Fast Pair" texnologiyasını dəstəkləyən qurğunu işə salaraq onu qoşulma rejiminə keçirir.


2. "Android" sistemi "Fast Pair" funksiyasını dəstəkləyən aksessuarların axtarışı üçün ətrafı  "Bluetooth Low Energy" texnologiyası vasitəsilə skan edir (Bluetooth və yerin təyini funksiyası qoşulmuş vəziyyətdə olmaqla).

3. "Fast Pair" funksiyasını dəstəkləyən qurğu barədə məlumatlar "Google" serverlərinə göndərilərək sonradan onun şəkili, adı və müvafiq əlavəsi (mövcud olduğu halda) istifadəçiyə qaytarılır.

4. İstifadəçi bildirişi aldıqdan sonra onun üzərinə basmaqla "Bluetooth" vasitəsilə iki qurğunun avtomatik sinxronlaşmasını həyata keçirir.

Qeyd olunur ki, "Fast Pair" funksiyası "Android 6.0" və daha yeni və "Google Play Services 11.7" və daha yeni əlavə versiyalarını dəstəkləyən "Android" sistemli smartfonlarla işləyir. Hazırda texnologiyanı "Google Pixel Buds", "Libratone Q Adapt On-Ear" və "Plantronics Voyager 8200" kimi məhdud qulaqcıq modellər sırası dəstəkləyir.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL