Çin süni intellekt sahəsində lider olacaq
"Google Alphabet" şirkətinin rəhbəri Erik Şmidt çinli mütəxəssislərin süni intellektin yaradılmasında yüksək bacarıq və qabiliyyətə malik olduqlarını bildirib. O hesab edir ki, Çin 2025-ci ilədək süni intellektin hazırlanması sahəsində ABŞ-a çatacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, E.Şmidtin sözlərinə görə, Çinin süni intellekt sahəsində lider olmasına az vaxt qalıb.
Məlumata görə, süni intellekt və təhlükəsizliyə həsr edilən forum çərçivəsində çıxış edən şirkət rəhbəri qeyd edib ki, süni intellektin inkişafında hərbi və digər dövlət sifarişçiləri ilə yanaşı, özəl şirkətlər böyük rol oynayır. "Çin mütəxəssisləri ABŞ-ın "Microsoft", "IBM", "OpenAI" və "Facebook" kimi nəhənglərinin nailiyyətlərinə "Alibaba" və "Baidu" servislərinə alqoritmlərin uğurlu tətbiqi ilə cavab veriblər", - o vurğulayıb.
Bununla yanaşı, E.Şmidt çoxdan məlum olan gənc mütəxəssislərin cəlb olunması üsulunun tərəfdarı olduğunu bildirərək şəbəkə texnologiyaları və süni intellekt sahəsində mütəxəssisləri ABŞ-a dəvət etməsini qeyd edib.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL