Bakıda genişzolaqlı qoşulmaların sayı hər gün 300-ə çatır
BakinterNet dövlət internet-servis-provayderi şəbəkəsinə genişzolaqlı qoşulmaların sayı hər gün 200-250 vahid artır. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov məlumat verib.
B.Hüseynovun sözlərinə görə, digər kommersiya provayderlərinə qoşulmalarla birlikdə bu rəqəm 300-ə çatır.
"Bu temp saxlanılarsa, 2012-ci ilin ortalarına qədər genişzolaqlı qoşulmaların sayı paytaxtda 400 mini ötəcək. Hazırda Bakıda aktiv internet istifadəçilərinin sayı 130 min nəfərdir. Genişzolaqlı azad internet portlarının ümumi sayı isə 200 minə çatır", - o deyib.
"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin proqnozlarına görə, ilin sonuna qədər genişzolaqlı qoşulmaların sayı paytaxda 200 minə çatacaq.
B.Hüseynovun fikrincə, Dial up çıxış xidmətlərinə gəldikdə isə hazırda bu xidmət praktiki olaraq bir çox provayderlərin xidmətlər portfelindən çıxarılıb. Bu provayderlər artıq genişzolaqlı internet xidmətlərinin irəliləməsinə istiqamətləniblər.
"Genişzolaqlı qoşulmaların sayının artma səbəblərdən biri də bu xidmət növünün mövcud qiymətlərinin endirilməsidir".
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL