waplog

Qurğular üçün “ağıllı” çexol əlavələri tez işə salmağa kömək edəcək


ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin (USPTO) saytında “Samsung” şirkətinin smartfon, fablet və digər qurğular üçün “ağıllı” çexola görə patent hüququ əldə etməsi ilə bağlı müraciəti yerləşdirilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, ideya “ağıllı” çexol və futlyarları proqramları tez işə salmağa imkan verən düymələrlə təchiz etməkdən ibarətdir. Belə düymələr çexolun daxili və ya üz tərəfində sensor yerlər rolunda çıxış edəcək.
 
Məlumata görə, smartfon və ya fablet çexolunun əlavə düymələrlə təchiz edilməsi qurğu ekranında adətən kontaktlar kitabçası, kamera və s. kimi tez-tez istifadə olunan əlavə və funksiya piktoqramlarının göstərilməsi üçün ayrılan yerə qənaət etməyə imkan verəcək.
 
Planşet və ya hibrid portativ kompüter üçün çexola gəldikdə, düymələr qoruyucu aksessuarın üz tərəfində yerləşə bilər. Lazımi sensorlu yeri basmaqla çexolu açan istifadəçi istədiyi proqramdan dərhal yararlana biləcək.
 
Bildirilir ki, Cənubi Koreya istehsalçısının patent üçün ərizə ilə bu ilin aprelində müraciət etməsinə baxmayaraq sənəd “USPTO” saytında indi dərc olunub. Texnologiyanın kommersiya məhsullarında nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL