Üçölçülü printerdə istifadəçilərin çap edilməsi təklif olunur
ABŞ-ın yeni “Beheld” şirkəti üçölçülü printerdə insan fiqurlarının skan və çap edilməsi üzrə xidmətlər göstərməyə başlayıb. Təklifin mahiyyəti sadədir: istifadəçi kabinəyə daxil olaraq istədiyi pozanı aldıqdan sonra “3D” skaner bir neçə 360 dərəcəlik fotoşəkil çəkir, onları bir-birinə birləşdirir və insanın üçölçülü modelini yaradır.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, əldə olunan rəqəmli təsvirləri dostlarla pulsuz paylaşmaq və ya 40 dollara rəngli “3D” printerdə çap etmək mümkündür.
Şirkət rəhbəri Ket Kinked bildirib ki, məhz bu, bizi sahədə fəaliyyət göstərən digər şirkətlərdən fərqləndirir. “Biz “3D” skan etməni təcrübəyə çevirərək istehlakçılar üçün şən və unudulmaz təcrübə yaratmaq üçün mövcud komponentlərdən yararlanıb onları birlikdə quraşdırırıq”, - o qeyd edib.
K.Kinkedin sözlərinə görə, ideyanın özünü doğruldacağı təqdirdə şirkət ABŞ və Avropanın ticarət mərkəzlərində və əhalinin sıx olduğu digər yerlərdə “3D” skanerli köşklərin quraşdırılmasına başlamağı planlaşdırır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL