“Kromatix” şüşə panelləri binaları günəş elektrogeneratorlarına çevirəcək
Birləşmiş Ərəb Əmirliklərində öz səthi ilə günəş enerjisi toplayan "Kromatix" adlı şüşə panellər yaradılıb.
"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, panelin şüşə deyil, günəş batareyası olmasını yalnız ona yaxınlaşanda müəyyənləşdirmək olur. Bu səbəbdən tərtibatçılar yeni texnologiyanın böyük perspektivlərə malik olmasını proqnozlaşdırırlar. Bir sıra şirkətlər artıq istehsalda rəngli şüşədən istifadəyə başlayıb.
"Kromatix" şirkətinin nümayəndəsi Rafiq Hənbəli bildirib ki, enerjinin toplanması üzrə səmərəliliyin bir sıra faktorlardan, o cümlədən şüşələrin şəffaflığından asılı olmasına baxmayaraq mütəxəssislər estetika və effektivlik arasında ideal balansa nail olublar. İndi "Kromatix" şüşəsinə malik hazır panelin bir kvadratmetr üçün qiyməti 90-100 dollar təşkil edir.
R.Hənbəli qeyd edib ki, şirkət kifayət qədər fotoqalvanik şüşə panellər sata biləcəyi təqdirdə yaxın gələcəkdə məhsulun qiymətinin növbəti dəfə aşağı düşəcəyi gözlənilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL