waplog

Ekspertlər: “iPhone X” smartfonunun maya dəyəri 357,5 dollardır”


Mobil bazar ekspertləri “iPhone X” smartfonunun maya dəyəri və qiyməti arasında kəskin fərq olmasını müəyyənləşdiriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, məlum olub ki, “Apple” şirkəti bir yeni “iPhone X” modelinin istehsalına 357,5 dollar sərf edərək onu 999 dollara satır. 
 
Ekspertlərin sözlərinə görə, ABŞ korporasiyası hər satılan “iPhone X” modelindən 64 faiz gəlir əldə edir. Bununla əlaqədar olaraq mütəxəssislər “Apple” məhsullarının qiymətinin tədricən bahalaşacağını proqnozlaşdırırlar. 
 
Bildirilir ki, maya dəyəri 357,5 dollar olmaqla satış qiyməti 999 dollar səviyyəsində müəyyənləşdirilən “yubiley” “iPhone X” smartfonu ilə yanaşı, şirkət qiyməti 699 dollar təşkil edən “iPhone 8” modelindən 59 faizlik mənfəət götürür. “iPhone 8” ekspertlər tərəfindən “iPhone 7” modelinin modernləşdirilmiş versiyası hesab edilsə də, qurğuların maya dəyəri və müəyyənləşdirilən qiyməti arasında kəskin fərq mövcuddur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL