waplog

“Xbox One X” oyun konsolu satışa çıxarılıb


“Microsoft” korporasiyası 35 ölkədə “Xbox One X” oyun konsolu modelinin satışlarına başlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, qurğu 2,3 QHs takt tezlikli səkkiznüvəli prosessor, 1172 MHs takt tezlikli 40 hesablayıcı nüvəyə malik videokart və 326 Qbit/saniyə buraxılış qabiliyyətli 12 giqabaytlıq “GDDR5” videoyaddaş, 1 terabaytlıq 2,5 düymlü sərt disk və “4K UHD Blu-ray” optik ötürücüsü ilə təchiz edilib.
 
Məlumata görə, əvvəlki kod adı “Project Scorpio” olan oyun konsolunda 6 teraflops gücündə qrafik kart və saniyədə 60 kadr tezliyi sayəsində “4K” təsvir ölçülü oyunlar oynamaq mümkündür. Müqayisə üçün qeyd edək ki, “Sony PlayStation 4 Pro” qurğusunun məhsuldarlığı 4,2 teraflops təşkil edir.
 
“Biz “Xbox One X” konsolunu oyun tərtibatçılarına ən güclü platforma təqdim etmək, onların təsəvvürünü canlandırmaq, oyunçuların əvvəlki, indiki və gələcək oyunları oynamaq üçün yaratdıq”-  “Microsoft Xbox” bölməsinin rəhbəri Fil Spenser bildirib.  
 
Onun sözlərinə görə, “Xbox One X” üçün 1300, o cümlədən “Xbox” layihələri üçün 220 eksklüziv oyundan istifadə etmək olar.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL