Yeni funksiya ilə şirkət saytlarında “Facebook Messenger”dən istifadə mümkün olacaq
“Facebook” sosial şəbəkəsinin mütəxəssislər qrupu Lissabonda keçirilən “Web Summit” tədbirində yeni “Customer Chat Plugin” funksiyasını əlavə edən “Messenger 2.2” platformasını nümayiş etdirib. Yeni funksiya şirkət saytlarında “Facebook Messenger” funksionallığından istifadəyə imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, sosial şəbəkə artıq “Customer Chat Plugin” funksiyasının qapalı beta testinə başlayıb. Hazırda sınaq proqramında 12 şirkət iştirak edir, eyni zamanda digər tərtibatçılar üçün virtual növbəyə yazılmağa imkan yaradılıb.
Məlumata görə, kross platformalılığı nəzərdə tutan funksiya internet saytından smartfon və ya planşetdəki adi “Messenger” əlavəsinə keçid alan zaman söhbətin tarixçəsinin və kontekstinin silinməsinə imkan vermir.
“Customer Chat Plugin”, həmçinin “Messenger” platformasının bütün mövcud imkanlarını, o cümlədən ödənişləri, müxtəlif kontentlə işi və s. dəstəkləyir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL