waplog

Planşetlər bazarının həcmi 5,4 faiz azalıb


“IDC” analitik şirkəti 2017-ci ilin üçüncü rübündə dünyada 40 milyona yaxın planşet kompüterinin satılmasını açıqlayıb. Bu, ötən ilin göstəricisindən 5,4 faiz azdır. Analitiklər planşetlərin satışının aşağı düşməsini smartfonlara tələbatın artması, istifadəçilər tərəfindən mövcud planşetlərin əvəzlənməsinin təxirə salınması və adi kompüterlərin mövqelərinin möhkəmlənməsi ilə izah edərək getdikcə yeni istifadəçiləri cəlb etməyin çətinləşməsini qeyd edirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, klaviaturalı planşetlər seqmentində satış artımının zəifləməsi bildirilir. Belə modelləri artıq “Apple” və “Microsoft” istisna olmaqla digər şirkətlər buraxmır, kompüter istehsalçılarını isə əksər istehlakçıların seçimdə üstünlük verdiyi hibrid fərdi kompüterlər maraqlandırır.
 
Bildirilir ki, “Apple” iri planşet istehsalçısı olaraq qalır. Ucuz “iPad” modelləri ABŞ şirkətinə 25,8 faiz bazar payı ilə birinci yerdə möhkəmlənməyə kömək edib. 14 faizlə ikinci pillədə qərarlaşan
 
 
“Samsung” klaviatura ilə təchiz edilən çoxlu planşet modelləri buraxsa da, satış həcmində onların payı 10 faizə yaxındır.   
 
“Amazon” şirkətinin planşetlər bazarında aqressiv siyasət həyata keçirməsi özünü doğruldur. Belə ki, şirkət il ərzində satış həcmini 38,7 faiz, bazar payını isə 7,5 faizdən 10,9 faizədək artırmağa nail olub.
 
Bazar payı müvafiq olaraq 7,5 faiz və 7,4 faiz təşkil edən “Huawei” və “Lenovo” şirkətləri dördüncü yeri bölüşürlər. Hər iki şirkət əsas diqqəti ucuz qurğuların satışına və Asiya-Sakit okean və Qərbi Avropa regionlarının bazarlarına yönəldir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL