Yeni “Google” funksiyası restoranda gözləmə vaxtını öyrənməyə imkan verəcək
“Google” şirkətinin istifadəçiləri üçün servislər vasitəsilə kafe və ya restoranda bu və ya digər masanın nə vaxt boşalacağını öyrənməyə imkan verən yeni funksiya istifadəyə verilib. Yeni funksiyadan “Google Maps” proqramında, eləcə də axtarış sistemində yararlanmaq mümkündür.
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, məlumat bazasında 500 minə yaxın müəssisə haqqında informasiya toplanıb. Bundan başqa, funksiyanın sutka ərzində fəaliyyət göstərməsi istənilən vaxt boş masa haqqında informasiyanı asanlıqla əldə etməyə imkan verir.
Bütün lazımi informasiyanı öyrənmək üçün istifadəçi “Google” axtarış sətrində iaşə obyektinin adını yazmalı və ya kartdan istifadə etməlidir. Restoran və ya kafenin kartını açan istifadəçi “Popular Times” adlı xüsusi blok görəcək. Orada göy zolaqlı vaxt qrafiki qeyd olunacaq. Zolaqlar gözləmə vaxtını (məsələn, 30 dəqiqə) bildirir.
İstifadəçilər sistemin anonim məlumatlar toplayaraq onlar əsasında hesablamalar aparmasına görə obyektdə ən çox yüklənən vaxtları və həftənin günlərini öyrənmək imkanına malik olacaqlar. Yeni funksiya, həmçinin muzey və ərzaq mağazaları üçün nəzərdə tutulub.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL