Yeni konseptual nəqliyyat sistemi təqdim olunub
“Xoio” dizayner şirkəti və Şəhər Mobillik İnstitutu (IUM) tədqiqat layihəsi olan “Mobuno” konsepsiyasını təqdim ediblər. Layihə müasir nəqliyyat vasitələrinin bir konseptual avtomobildə birləşən imkanlarını nümayiş etdirsə də, bir avtomobili deyil, “Mobuno” avtomobilləri əsasında yaradılan bütöv nəqliyyat sistemini nəzərdə tutur.
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, “Mobuno” konsepsiyası optimal avtonom nəqliyyat mübadilə sistemidir. “Mobuno” avtomobillərini dərhal bron edərək çatdırmaq mümkün olacaq. Bununla yanaşı, istifadəçilər xüsusi smartfon əlavəsi vasitəsilə sifarişin statusunu, maşınların olduğu yeri və onların boş olmasını izləyə biləcəklər.
Məlumata görə, “Mobuno” avtomobillərinin hər biri dörd sərnişin tutumuna malik olacaq. Sifariş zamanı istifadəçidən müəyyən sayda avtomobilin göndərilməsi məqsədilə sərnişinlərin dəqiq sayının göstərilməsi tələb olunacaq. Bir neçə avtomobilin səfəri zamanı “Mobuno” avtomobilləri bir-birinin ardınca qatar formasında hərəkət edəcəklər. Sistem, həmçinin “Mobuno” avtomobillərinə eyni istiqamətdə səfər edən sərnişinləri yığaraq birgə səyahətlər təşkil etməyə imkan verir.
Bildirilir ki, “Mobuno” avtomobillərində istifadə edilən pilotsuz sistem küçə və yollarda yerdən maksimum faydalanmağa imkan verir. Parklanma zamanı çoxlu “Mobuno” avtomobilləri məhdud yerdə sıx toplaşmaq üçün bir-biri ilə kontakt edəcək.
Konsepsiya üzərində iş çərçivəsində mütəxəssislər tərəfindən “Mobuno” sisteminin təmin edəcəyi mobillilik səviyyəsinin təhlili aparılıb. Onların sözlərinə görə, hazırkı avtomobil sayının 5 faizi “Mobuno” avtomobilləri ilə əvəz edilsə, bu, eyni səviyyədə mobilliliyi təmin etməyə imkan verəcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL