waplog

2022-ci ilədək “ağıllı” geyimin tədarük həcmi 31 milyonu ötəcək


“ABI Research” analitik şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə dünya bazarına 5 milyondan bir qədər az "ağıllı" geyim tədarük ediləcək, 2022-ci ildə isə daxili datçik və mikroçiplərin köməyi ilə istifadəçinin həyat göstəricilərini izləməyə imkan verən ağıllı" köynək, corab, ayaqqabı və başqa geyim predmetlərinin illik tədarük həcmi 31 milyonu ötəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlər hesab edirlər ki, yaxın 5 ildə "ağıllı" geyim daşınan elektronika bazarının ən sürətlə inkişaf edən seqmentlərindən biri olacaq - baxılan dövrdə orta illik artım sürəti 45% təşkil edəcək. Yalnız "hearables" (qulaqlara taxılan daşınan elektronika) kateqoriyasında yüksək artım gözlənilir.

Bununla belə, "ağıllı" geyim aktiv həyat tərzi keçirən idmançı və istehlakçılar üçün nəzərdə tutulmuş çox dar ixtisaslaşmış kateqoriya olduğundan bazarda bu seqmentin payı aşağı olacaq, “ABI” şirkətinin nümayəndəsi deyib.
 
“ABI Research”in analitiki Rayan Harbison xəbərdarlıq edib ki, "ağıllı" geyimin kütləvi tətbiqi üçün onda istifadə edilən sensorları xeyli dərəcədə təkmilləşdirmək və onların sabitliyini tər, suda yuma və kəskin temperatur dəyişikliklərinin təsirinə qarşı yüksəltmək lazımdır. İndi bir çox istehsalçılar çıxardıla bilən datçiklərdən ibarət “ağıllı” geyim təklif edirlər, çünki ən qabaqcıl sensorlar yalnız 60-70 yuma dövrünə dayanıqlıdır.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL