waplog

Üçüncü rübdə smartfonların satışı 2,7 faiz artıb


Cari ilin üçüncü rübündə dünyada ümumilikdə 373,1 milyon smartfon satılıb. Bu, ötən ilin üçüncü rübündən 2,7 faiz və ikinci rübdən 7,4 faiz çoxdur. “IDC” analitik şirkəti qeyd edir ki, bunun ən yüksək nəticə olmamasına baxmayaraq növbəti rübün bayram mövsümünə təsadüf etməsindən bazarda artım tempi davam edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, yaxın vaxtlarda satışa çoxlu yeni qabaqcıl smartfon modellərinin çıxarılmasına görə  istehsalçılar arasında rəqabətin kəskin artacağı gözlənilir. Analitiklər hesab edir ki, buna baxmayaraq satılan əksər smartfonlar ucuz modellərə aid olacaq. Şirkətin proqnozuna görə, dördüncü rübdə satışda artım yeni “iPhone X” modellərinin çatışmazlığı və digər qabaqcıl smartfonların qiymətinin baha olması səbəbindən 1 faizə yaxın olacaq.
 
83,3 milyon qurğu (ötən ildən 9,5 faiz çox) satan “Samsung” şirkəti iri smartfon istehsalçısı olaraq qalır. “Apple” şirkəti yeni “iPhone” modelləri buraxsa da, bu, satış həcminin yalnız 2,6 faiz artırılmasına kömək edib. Çünki “iPhone X” smartfonunun buraxılışı gözlənildiyindən onlara tələbat az olub. “Huawei” şirkəti bazarda mövqeyini möhkəmlətməkdə davam edir. Satış həcmi 16,1 faiz yüksələn şirkət, həmçinin bahalı sinfə aid yeni modellərin istehsalına hazırlaşır. Satışı 19 faiz - 30,7 milyon ədədədək artıran “OPPO “ şirkəti dördüncü yeri tutur. Digər Çin istehsalçısı “Xiaomi” isə ilk növbədə Hindistan bazarına daxil olması sayəsində satışı 102,6 faiz - 27,6 milyonadək artırmağa nail olub.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL