Gələn il üç yeni “Apple” smartfonu buraxılacaq
“Apple” şirkəti 2018-ci ildə “iPhone X” modeli əsasında üç yeni smartfon buraxa bilər. Bu barədə “Macrumors” portalı “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuonun hesabatına istinadən məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, proqnozlara görə, iki yeni model 5,8 və 6,5 düym diaqonallı (bir düym üçün müvafiq olaraq 458 və 480-500 piksel təsvir ölçülü) “OLED” ekranla, üçüncü model isə 6,1 düym diaqonallı (bir düym üçün 320-330 piksel) “LCD” displeylə təchiz ediləcək.
Bildirilir ki, dizayna görə hər üç smartfon “iPhone X” modelinə bənzəyəcək. Bundan başqa, onlar “True Depth” kamerasına malik olacaq.
Ekspertin proqnozuna görə, “LCD” modelinin qiyməti 649-749 dollar arasında dəyişəcək. “OLED” modellərinin ehtimal olunan qiyməti barədə məlumat verilmir.
“KGI Securities” şirkətinin əvvəlki proqnozuna görə, “Apple” şirkəti 2018-ci ildə “Touch ID” texnologiyasından (smartfonun barmaq izinə görə blokdan çıxarılması) imtina edərək “Face ID” (smartfon istifadəçisinin sifətini tanıyır) texnologiyasından istifadəyə keçəcək. Bundan əlavə, “OLED” modelləri üçün paslanmayan poladdan təkmilləşdirilmiş korpusun hazırlanacağı gözlənilir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL