waplog

Alimlər tərdən biometrik autentifikasiyada istifadə etməyi təklif ediblər


Barmaq yastıqçalarındakı təsviri yenidən canlandırmaq və sifətin cizgilərini saxtalaşdırmaq olar, amma tərin xüsusiyyətləri hər bir insan üçün o qədər unikaldır ki, onu biometrik autentifikasiyada istifadə etmək olar. Alimlər Culian Aqudelo, Vladimir Privman və Yan Halamek belə nəticəyə gəliblər.

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, alimlər tərəfindən təklif edilmiş ideya çox sadədir: tərdəki aminturşularının tərkibi hər bir insan üçün unikaldır və smartfona bu tərkibi müəyyənləşdirmək və digərlərindən ayırmaq qabiliyyəti öyrədildiyi halda istifadəçini onun təri üzrə autentifikasiya etmək mümkün olacaq. İstifadəçinin kimliyinin təsdiqi üçün belə üsul bir çox sahələrdə (“ağıllı” qurğuların blokdan çıxarılmasından tutmuş, proqramların daxilində məlumatların mühafizəsinə kimi) geniş tətbiq oluna bilər. Bundan başqa, məhdud qabiliyyətli insanlar da bu üsuldan istifadə edə bilərlər.

Biometrik autentifikasiya üzrə digər üsullardan fərqli olaraq, tərin unikal kimyəvi tərkibini saxtalaşdırmaq elə də asan deyil. Alimlərin fikrincə, onlar tərəfindən təklif edilmiş ideya yaxın 5-10 ildə artıq təcrübədə  istifadə ediləcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL