waplog

İnsanların beyninə çip implantasiya etməklə onların yaddaşını yaxşılaşdırıblar


Alimlər tarixdə ilk dəfə pasiyentin beyninə elektron çip implantasiya etməklə onun yaddaşını yaxşılaşdırmağa müvəffəq olublar. Cənubi Kaliforniya Universitetinin biomühəndisi Ton Son tərəfindən yaradılmış "yaddaş üçün protez" insan yaddaşını yüksək effektivliklə möhkəmləndirən ilk populyar qurğudur.

Toni Son Vaşinqtonda keçirilmiş neyrobioloqlar  cəmiyyətinin illik konfransında öz həlli barədə məlumat verib. Tədqiqatda iştirak etmiş 20 könüllünün beyninə epilepsiyanın müalicəsi üçün elektrodlar implantasiya edilib. Daha sonra könüllülərə Sonun komandası tərəfindən hazırlanmış mikroçiplər qoşulduqdan sonra aparat insanın qısa müddətli və işçi yaddaşının işini simulyasiya edən testlər zamanı beynin aktivliyi haqda məlumatları toplamağa  başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bundan sonra alimlər yaddaşın optimal məhsuldarlığına məsuliyyət daşıyan şablonlar aşkar ediblər və beyin qabığını stimullaşdırmaq üçün elektrodlardan istifadə ediblər. Sınaq könüllülərdə "operativ" yaddaşın 15%, işçi yaddaşın isə 25% yaxşılaşmasına gətirib çıxarıb. "Biz yaddaşın funksiyasını yaxşılaşdırmaq üçün neyron kod yazırıq – Son “New Scientist” nəşrinə müsahibəsində deyib.

Texnologiya hələ ki tam yoxlanılmayıb, ancaq yaddaşın itirilmiş funksiyasının bir hissəsini bərpa etmək mümkün olsa, Sonun həlli Alsqeymer xəstəliyindən əziyyət çəkən insanların həyatını xeyli dərəcədə yüngülləşdirəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL