400-dək poçt şöbəsində “smart kart”lara ödəniş edilməsi mümkün oldu
Azərbaycanda ən geniş xidmət şəbəkəsinə malik “Azərpoçt” MMC ənənəvi poçt xidmətləri ilə yanaşı, filial və şöbələrində valyuta əməliyyatları, kommunal ödənişlərin qəbulunu da həyata keçirir.
Ucqar rayon və kənd yerlərində bank filialları və ödəniş terminalları olmadığından vətəndaşlar təbii qazdan istifadəyə görə “smart kart”lara ödəniş edilməsində problemlə üzləşirdi.
Bu istiqamətdə müraciətləri nəzərə alaraq “Azərpoçt” təbii qazdan istifadəyə görə ödənişlər üçün filiallarını daha 300 ədəd xüsusi qurğularla (kartrider) təchiz edib.
Hazırda rayonlarda 128, Bakı şəhərində isə 171 poçt şöbəsində qazdan istifadəyə görə ödənişlərin qəbuluna tam şərait yaradılıb.
Bundan əlavə, elektrik enerjisi üzrə də poçt şöbələrində “smart kart”ların balansını artırmaq mümkündür. Belə ki, respublika üzrə artıq 162 poçt şöbəsində elektrik “smart kart”larına ödənişlər həyata keçirilir.
Məqsəd ödəniş terminallarının olmadığı və azlıq təşkil etdiyi yerlərdə əhalinin kommunal xidmət ödənişini poçtda həyata keçirməsinə şərait yaratmaqdır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL