waplog

“Nomu T18” smartfonu ratsiya rejimində işləyir


“Nomu” şirkəti zərbəyədavamlı və sukeçirməz korpusla təchiz edilən yeni mühafizəli “T18” smartfonunu təqdim edib. Qurğu, həmçinin bir sıra unikal xüsusiyyətlərə malikdir. Onlar arasında qurğudan ratsiya kimi istifadəyə imkan verən qoşulan antena və vacib məqamların çəkilişi üçün kənar kamera qeyd olunur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “IP68” standartı üzrə suyadavamlı və tozkeçirməz olan “T18” smartfonu “MIL-STD-810G” hərbi möhkəmlilik standartına uyğun hazırlanıb. Arxa tərəfdə qurğunu kəmərə asmağa imkan verən iki sıxac yerləşir. Həmçinin sıxacı kəmərə bərkitmək olar.
 
Məlumata görə, xüsusi antena qoşulan zaman smartfon 144-148 MHs və 430-440 MHs diapazonlarında işləyən ratsiyaya çevrilir. Əhatə radiusu təxminən 5 km təşkil edir və onunla dəstəklənən diapazonda digər ratsiyalarla əlaqə yaratmaq mümkündür.
 
“Nomu T18” smartfonunun daha bir qeyri-adi xüsusiyyəti kənar kameradır. O, arxa tərəfdə xüsusi çıxışa uzun naqillə qoşulur. Kamerada geyimə, çantaya bərkidilmə üçün sıxac var. Naqildə isə video və foto çəkilişlərinə başlamaq üçün pult quraşdırılıb. Yeganə çatışmazlıq kameranın yalnız 1280х720 piksel təsvir ölçüsündə çəkilişlər aparmasındadır.
 
Smartfonun texniki xüsusiyyətləri bunlardır: “Corning Gorilla Glass 3” qoruyucu şüşəsinə malik 4,7 düym diaqonallı “HD” ekran, 1,5 QHs takt tezlikli dördnüvəli “MediaTek MT6737T” prosessoru, 3 giqabayt operativ yaddaş, 32 giqabayt quraşdırılmış yaddaş, 8 meqapikselli əsas kamera, 2 meqapikselli ön kamera, 5 200 milliamper/saat tutumlu akkumulyator, SİM kart üçün 2 çıxış, “4G LTE” şəbəkəsinin dəstəklənməsi, yan tərəfdə barmaq izi skaneri, “IP68” standartı üzrə suyadavamlılıq, “MIL-STD-810G” hərbi möhkəmlilik standartına uyğunluq, “Android 7.0 Nougat” əməliyyat sistemi, eləcə də “NFC” funksiyası, SOS düyməsi, ratsiya rejimində işləmə, kənar kamera.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL