Yenilənmiş “Google Maps”dən istifadə asanlaşacaq
“Google” şirkəti “Google Maps” xəritəsinin dizaynını yeniləyib. Yaxın həftələrdə axtarış sisteminin xəritəsi mobil proqramlar, veb versiya, axtarış, “Google Earth” xidməti və “Android Auto” avtomobil informasiya sistemlərində fərqli şəkildə görsənəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, birincisi, yeni xəritələrdə obyektlər haqda informasiya istifadə rejimindən (axtarış, avtomobil naviqasiyası və ya ictimai nəqliyyatda gediş) asılı olaraq göstəriləcək. Birinci rejimdə restoran, mağaza və müəssisə, ikinci rejimdə yanacaq doldurma və avtodayanacaqlar, üçüncü rejimdə isə avtobus dayanacaqları və metro stansiyalarına üstünlük veriləcək. Bu yanaşma xəritəni həddən artıq yükləməyə imkan verməyəcək.
Yeni rəng sxemi, həmçinin eyni amala xidmət edir: müxtəlif obyekt tipləri müxtəlif rəngli nişanlarla işarələnir, nişanlar isə daha informativ olub. İndi “Google”un xəritəsində restoran və kafelər narıncı, mağazalar göy, aptek və klinikalar çəhrayı, əyləncə sənayesi obyektləri və görməli yerlər dəniz dalğası, banklar və xidmət sahəsi müəssisələri bənövşəyi, dövlət idarələri və kilsələr boz, park və bağçalar yaşıl, ictimai nəqliyyat isə açıq-mavi rənglə işarələnir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL