waplog

“Huawei Honor V10” smartfonunun fotoşəkilləri yayılıb


Çinin “TENAA” Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin saytında buraxılışa hazırlaşan və istehsalçı tərəfindən rəsmən təqdim edilməyən “Huawei Honor V10” smartfonunun fotoşəkilləri yayılıb.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, saytda smartfon “BND-AL00” markası ilə qeyd edilib. Sertifikatlaşdırma mərkəzinin məlumatları smartfonun bütün ön paneli əhatə edən dizayn, qoşa əsas kamera, arxa paneldə barmaq izi skanerinə malik metal korpusla təchiz ediləcəyini təsdiq edir.
 
Məlumata görə, “Huawei Honor V10” smartfonu “Full HD+” (2160 х 1080 piksel) təsvir ölçülü 5,99 düym diaqonallı ekrana, 16+20 meqapikselli əsas kamera və 13 meqapikselli ön kameraya malik olacaq. Aparat əsasını “Kirin 970” prosessoru, 6 giqabaytlıq operativ və 64 və ya 128 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 3750 milliamper/saata bərabər smartfon “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 
Təxmini qiyməti 450 dollar təşkil edəcək “Huawei Honor V10” smartfonunun nümayişi noyabrın 28-də Pekində planlaşdırılır.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL